9 Fevral 2023 15:54
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Polis əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Sumqayıt şəhər sakini Asim Hüseynzadə saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda, yəni 4 kiloqram 128 qram narkotik vasitə olan heroin və metadon həbləri aşkar edilib.

Araşdırma zamanı Asim Hüseynzadənin əcnəbi narkotacirin təsiri altına düşərək pul müqabilində onun üçün narkokuryerlik etdiyi məlum olub.

A.Hüseynzadə Zərdab rayonu ərazisindən götürdüyü narkotik vasitələri 800 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı imiş.

Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

Faktla bağlı Zərdab rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov