Türkiyənin Kastamonu əyalətində sərnişin avtobusu aşıb.
Teleqraf.com xəbər verir ki, avtobusun aşması nəticəsində 30 nəfər xəsarət alıb.
Məlumata əsasən, Ankaradan Sinopa gedən avtobusun aşmasına səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə yerinə cəlb edilən təcili tibbi yardım maşınları yaralıları xəstəxanaya çatdırıblar.
Qeyd edilir ki, qəza zamanı avtobusda 40 nəfər olub.