Bakının Xəzər rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 14-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində “Toyota” markalı bir avtomobildə sərnişin olan 2 nəfərin sürücünü döyərək mobil telefonunu almaları və avtomobili əzərək ona 2000 manat dəyərində ziyan vurmaları barədə polisə məlumat daxil olub.
Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakini Elxan Bəxtiyarlı və qardaşı Bəxtiyar müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.