19 Fevral 2023 12:59
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində evlərin birində 1974- cü il təvəllüdlü Mehriban Hüseynzadənın xüsusi amansızlıqla öldürülməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla cinayət əməlini qadının oğlu 1998-ci il təvəllüdlü Orxan Hüseynzadə tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən O.Hüseynzadə tutularaq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov