10 Mart 2023 09:14
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyda 3 yaşlı oğlan uşağı binadan yıxılıb.

Teleqraf.com xəbər verir ki, hadisə yeni köçkün şəhərciyi bina 4, mənzil 21-də baş verib. Ehtiyatsızlıq nəticəsində 2020-ci il təvəllüdlü Novruzəliyev Əli Musa oğlu hündürmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb.

Dərhal rayon xəstəxanasına çatdırılan yaralı körpə ilkin tibbi yardım aldıqdan sonra təcili Gəncə klinikalarından birinə köçürülüb. Durumu ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, yıxılan uşaq qəsəbədə müvəqqəti məskunlaşan hərbçi ailənin övladıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər