3 Aprel 2023 15:05
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi heyvanları oğurlanan Kəlbəcər rayon sakinlərinin Xocalı rayon polis şöbəsi əməkdaşlarına yönəlik ittihamlarına münasibət bildirib.

DİN-in Mətbuat Xidməti Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Teleqraf.com-a açıqlamasında deyib:

"Sosial şəbəkələrdə və xəbər saytlarında Goranboy rayon Meşəli kəndi ərazisində baş vermiş oğurluq hadisələrinin araşdırılmaması və yaxud cinayəti törətmiş şəxs və şəxslərin himayə olunması ilə bağlı iddialar həqiqətə uyğun deyil.

Məlumat üçün qeyd edim ki, həmin sakinlər 2019-2023-cü illərin müxtəlif vaxtlarında Xocal rayon polis şöbəsinə müraciət edərək özlərinə məxsus mal-qara, at və digər heyvanların itməsi və ya oğurlanması barədə məlumat veriblər. Hər bir sakinin müraciəti qeydə alınaraq heyvanların tapılması, oğurluq cinayətidirsə, şübhəli şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər