13 İyun 2023 10:04
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Piran kənd sakini Əliməhəmməd Şirvanov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Şəxsi axtarış zamanı ondan metametamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Ə.Şirvanovun həmin psixotrop maddəni Lənkəran sakini, əvvəllər məhkum olunmuş Pərviz Həsənovdan əldə etdiyi müəyyən edilib.

Pərviz Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb.

P.Həsənovun yaşadığı evdən və avtomobilindən ümumilikdə 360 qram heroin, 116 qram tiryək və 100 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər