Yevlax şəhərinin Havarlı kəndində ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisinin tavanı 17 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.