Cəlilabad rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların sayı 5-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bunlar Cəlilabad rayon sakinləri - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyevdir.
Qeyd edək ki, bu "Ford" markalı avtomobillə "VAZ" markalı minik maşınının toqquşması nəticəsində olub.