21 İyul 2023 15:36
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişin avtobusu yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Hadisə bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Ölən və xəsarət alanlar yoxdur.


Müəllif: Teleqraf.com