Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt və Gəncə şəhərlərində velosiped oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
İyulun 22-də Sumqayıt şəhəri 20-ci məhəllədə yerləşən yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rakif Məmmədov Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Gəncə şəhəri ərazisində E.Səidovanın və R.Ağayevin velosipedlərini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elgün İsmayılov Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.