Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda arı sancdığı çoban ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Kantarkaya kəndində baş verib.
Murad Çınar heyvanları otararkən arı sancıb. Onun vəziyyətinin pisləşdiyini görən yaxınları təcili yardım çağırıblar.
Hadisə yerinə gələn təcili yardım briqadası Murad Çınarı müayinə ediblər və onun öldüyünü deyiblər.