Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Keçili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hadisə barədə əlavə məlumat veriləcək.