Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22:30
Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.
Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.