Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 7-də Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dolların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.