12 Sentyabr 2023 15:24
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordu ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan şəxsə cəza verilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən bildirilib.

Belə ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati tənbeh tədbiri tətbiq edilib.

***

13:45

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı yalan məlumatlar paylaşan şəxslərlə bağlı tədbirlər görür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, davam etdirilən tədbirlərlə “Tik-Tok” platformasında feyk profillər vasitəsilə döyüş əməliyyatları və itkilər olması ilə bağlı yalan məlumatlar paylaşan şəxs - 1998-ci il təvəllüdlü İbrahimli Pərviz Vüqar oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Onun əməllərində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər