23 Oktyabr 2023 13:49
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabr-oktyabr aylarında rayon ərazisində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 81 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, həmin şəxslər barəsində idarənin istintaq şöbəsində cinayət işləri başlanılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 50 kiloqrama yaxın, o cümlədən 15 kiloqram yüksək təsiredici xassəyə malik narkoik vasitə olan heroin, 30 kiloqram marixuana, 5 kiloqram digər növdən olan narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov