5 Noyabr 2023 09:50
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon sakini qanunsuz olaraq saxladığı avtomatı könüllü olaraq polisə təhvil verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı apardıqları profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AKM” markalı avtomat silahını polis şöbəsinə təhvil verib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması istiqamətində keçirilən tədbirlər zamanı isə 5 nəfər rayon sakinindən sənədsiz ov tüfəngləri götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov