12 Yanvar 12:21
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi "AK-74" markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.

Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd "Kalaşnikov" avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər