30 Yanvar 16:42
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Nemət Şükürov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. N.Şükürov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər