Tovuzda azyaşlı qızılcadan ölüb.
Teleqraf.com xəbər verir ki, rayonun Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif İsmayılov fevralın 4-dən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 10 yaşlı Y.İsmayılov bu gün dünyasını dəyişib.
Ölüm faktı ilə bağlı araşdırma başlanılıb.