16 Fevral 01:34
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb.

Teleqraf.com xəbər verir ki, bu barədə fevralın 15-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, - deyə qurumun Teleqram kanalında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, təxminən üç saat suda qaldıqdan sonra bir nəfər sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda itkin düşən iki nəfərin axtarışları davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər