21 Fevral 06:24
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər