1 Mart 10:30
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Saxlanılan zaman R.Umudov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişi pozub.

Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.

R.Umudov məhkəmənin qərarı 30 sutka inzibati qaydada həbs olunub. F.İsgəndərovun isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barəsində intizam tədbiri görülüb.


Müəllif: Hacı Zeynalov