3 Aprel 11:44
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, həmin şəxslərdən və mənzilləindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, psixotrop tərkibli 830 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkarlanıb.

Dindirmə zamanı saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər