20 Aprel 19:31
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Teleqraf.com -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.

***

18:54

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

18:19

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17:35

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Teleqraf.com xəbər verir ki, qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com
FHN

Oxşar xəbərlər