25 Aprel 01:39
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax şəhərində vətəndaşa məxsus təsərrüfatda yanğın olub.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Vətəndaşa məxsus inkubator sexinin ümumi sahəsi 150 kvadratmetr dam örtüyü yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com