20 İyun 00:23
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda su bəndində boğulan gənclərlə bağlı yeni detallar məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə 2008-ci il təvəllüdlü Nihatın qoyunları sulayarkən bəndə yıxılması ilə başlayıb. Onun köməyinə yürüyən digər kənd sakini 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya baş vurub.

Su üzərində hər iki şəxs çapaladıqdan sonra görünməz olduqda hadisəni uzaqdan izləyən şəxslər yürüyərək suya daxil olublar. Könüllü suya daxil olan sakinlər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarsalar da, İbrahimin axtarışı nəticə verməyib. Hadisə yerinə polis və müvafiq qurumların nümayəndələri çağırılıb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri az müddətdə İbrahim Həsənovun meyitini sudan çıxarıb. Hər iki gəncin meyiti Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Qeyd edək ki, Nihat Aşurov orta məktəbin sonuncu sinif şagirdi imiş. İbrahim Həsənov isə hərbi xidmətlə bağlı xüsusi toplanışdan cəmi bir neçə gün əvvəl qayıdıb.

Su bəndindən cansız bədənləri çıxarılan Nihat və İbrahimin fotolarını təqdim edirik:

/Bizim.media/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər