Şotlandiyanın şimalındakı Sandey adasında sahilə çıxan 77 balinadan 65-i ölüb.
Teleqraf.com xəbər verir ki, bu hadisə 1975-ci ildən bəri ölkədə baş verən balinaların ikinci kütləvi ölümüdür.
Sağ qalan 12 balina isə xilas edilə bilmədikləri üçün evtanaziya olunub.
Xilasedicilərin ehtimalına görə, bala verməkdə çətinlik çəkən bir dişi balina bütün sürünü sahilə çıxarıb.
"Bir balina sahilə çıxarsa, bütün sürü ardınca gələcək",- deyə xilasedicilər açıqlayıb.