Beşulduzlu hoteldə 6 turistin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Taylandın paytaxtı Banqkokda baş verib.
Ölənlərin Vyetnam əsilli ABŞ vətəndaşları olduğu bildirilib.
Məlumata görə, ölən şəxslər siyaniddən zəhərləniblər. Tayland polisi hesab edir ki, ölümlər qisas aktı və ya hansısa kultla əlaqəli ola bilər. Hadisə yerinə baxış keçirən yerli polis hoteldə nə dava, nə də quldurluq əlaməti olduğunu deyib.