23 Avqust 01:08
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində bir piyada həyatını itirib.

Şirvan şəhər sakini Əlvan Zeynalov, “Chery” markalı avtomobillə İstiqlaliyyət küçəsində hərəkət edərkən yolu keçən piyada Sabir Ələkbərovu vurub. Piyada dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər