58 yaşlı turist 90 milyon rubl (1 milyon 663 min manat) dəyərində qızıl külçələrlə saxlanılıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, saxlanılan turist Almaniya vətəndaşıdır. Ümumi çəkisi 13 kiloqram olan 21 ədəd yüksək standartlı qızıl külçələr aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Almanı 5 ilə qədər həbs və bir milyon rubla qədər cərimə gözləyir.