Balakən şəhərində ümumi sahəsi 120 m² olan kərpic sexinin içərisində 20 m² sahədə taxta altlıqlar yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sex yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.