16:29
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makaronun Ermənistana səfəri ilə bağlı məlumat yalan çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.

“Bir neçə gün əvvəl saxta qərbpərəstlərdən biri Avropaya inteqrasiya arqumenti kimi pafoslu çıxışla Makronun sentyabrın 21-də səfərindən danışırdı. Amma 21 sentyabr geridə qaldı, Makron gəlmədi. Əminəm ki, sabah həmin saxta qərbpərəst efirə çıxıb eyni pafosla deyəcək ki, Makron KTMT üzvü Ermənistana gəlmək istəməyib", - ekspert vurğulayıb.

Fransa liderinin İrəvan səfəri 2021-ci ildən gündəmdə idi. Həmin il iyunun 1-də Ermənistan Baş naziri Nikol Paşinyan Parisə səfəri zamanı prezidenti ölkəsinə səfərə dəvət etmişdi. Görüşdə Paşinyan həmin ilin payızında Makronu İrəvanda gözlədiyini desə də, səfər baş tutmamışdı.

Mümkün səfərlə bağlı bu dəfəki xəbər də yalan çıxıb, informasiyanı Fransa mediası yaymışdı. Üstəgəl, Paşinyan oktyabrın əvvəlində Makaronun dəvəti ilə Parisdə keçiriləcək Frankofoniya Sammitinə qatılacaq. "Past" qəzetinin yazdığına görə, bu, Makaronun səfəri ehtimalını aradan qaldırır. Erməni nəşrinin fikrincə, Makron səfərlə bağlı müzakirələrə birdəfəlik son qoymaq üçün Paşinyanı ölkəsinə dəvət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər