14 Oktyabr 12:42
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb:

"Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır."

***

12:12

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.

Teleqraf.com xəbər verir ki, Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər