24 Mart 2015 23:21
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Vaşinqtona səfəri çərçivəsində martın 24-də ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Corc Mason Universitetinin Beynəlxalq əlaqələr, hökümət və siyasət məktəbinin professoru, Enerji araşdırmaları və siyasəti mərkəzinin direktoru Riçard Kozlariçlə görüşüb.

Teleqraf.com xəbər verir ki, işgüzar və qarşılıqlı faydalı şəraitdə keçən görüşdə Azərbaycandakı hazırkı ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, eləcə də Azərbaycan hökumətinin də enerji strategiyası, neft və qaz diplomatiyası müzakirə olunub.

Qubad İbadoğlu həmçinin ötən gün Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin Avrasiya üzrə proqram direktoru Natalia Otel Belan və proqram direktorunun müavini David Markla görüşərək, Azərbaycanda sahibkarlığın durumu və inkişaf perspektivlərini müzakirə edib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər