27 Mart 2015 00:15
3 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda danışıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ağ Evdən bildiriblər ki, Obama İŞİD-ə qarşı mübarizə sahəsində əməkdaşlıq, İraq və Suriyada təhlükəsizlik və sabitliyə nail olmaq yönündə ortaq səyləri müzakirə etmək üçün Ərdoğana telefon açıb.

Xəbərə görə, iki lider Suriya müxalifətinə yönəlik təhsil və təchizat proqramını nəzərdən keçiriblər: "Obama və Ərdoğan xarici döyüşçülərin axınını dayandırmaq üçün əməkdaşlığı dərinləşdirmək səylərini müzakirə edib. Prezident Obama Türkiyənin bu yöndə səylərini tədir edib".

Söhbət zamanı Obama Türkiyənin İraq və Suriyadan olan təxminən 2 milyona yaxın qaçqına dəstək verməsindən məmnun olduğunu deyib.

Yəmən və Ukraynadakı son durumu, eləcə də İranın nüvə proqramına dair danışıqları da müzakirə edən liderlər bu və digər regional mövzularda yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.

Nihad


Müəllif:

Oxşar xəbərlər