Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri Suzan Çeşli ilə görüşüb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələri, iki ölkə arasındakı əməkdaşlıq perspektivləri, regiondakı və Azərbaycandakı ictimai-siyasi vəziyyət, regional münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Bu barədə Teleqraf.com-a DİP-in mətbuat xidmətindən məlumat verilib. A.Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə ABŞ səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Afaq Cavadova da iştirak edib.
Səxavət