“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü böyük əhəmiyyət kəsb edir”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, nazirlərin Tbilisidə keçirilən görüşündə ciddi məsələlər müzakirə olunub. Onun sözlərinə görə, regionda təhlükəsizliyin qorunması baxımından belə görüşlər vacibdir.
“Görüşdə Ermənistanın işğalçılıq siyasəti də diqqət mərkəzində olub. Çünki ermənilər hər üç ölkəyə qarşı iddialarla çıxış edir. Bu məsələnin də diqqət mərkəzində olması çox müsbət haldır. Əslində, üç ölkənin müdafiə nazirlərinin görüşü və bunun gələcəkdə də davamlı olması işğalçı Ermənistan üçün xəbərdarlıq olmalıdır. Yəni erməni tərəfi bölgədə sabitlik və təhlükəsizliyə hər hansı bir yeni təhdidlər yaradarsa bu onlar üçün yaxşı nəticə verməyək”, – deyə N.Cəfərov vurğulayıb.
Səxavət