3 Aprel 2015 18:31
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Azərbaycan Partiyası bu gün regionumuzda ən böyük siyasi qüvvədir. Partiyamızın bu gücünü şərtləndirən bir sıra amillər var”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. Onun sözlərinə görə, bunun başlıca səbəbi partiyanın ulu öndər Heydər Əliyevin ideyalarına söykənməsidir.
“Eyni zamanda, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb. Bu insanlar vahid azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Onun da qeyd etmək istəyirəm ki, YAP hər zaman, hər bir situasiyaya hazır olan partiyadır. Ona görə də, hər zaman bütün məsələlərə, o cümlədən seçkilərə hazırdır və bütün seçkilərdə qələbə qazanır. Partiyamız həm kəmiyyət, həm keyfiyyət, həm də yerli strukturların mükəmməlliyi baxımından çox güclüdür. YAP böyük siyasi məktəbdir. Yüksək intellektli gənclərin YAP sıralarında birləşməsi bizim gücümüzü artırmaqla yanaşı, partiyanın gələcəyi üçün də mühüm amildir”, – deyə YAP icra katibinin müavini vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər