1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə MDB-yə üzv ölkələrin paytaxtlarında “Xatirə estafeti” aksiyası çərçivəsində tədbirlər keçirilir.
Həmin tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Rüfət Quliyev bu gün Qazaxıstanın paytaxtı Astanaya gedib.
Teleqraf.com xəbər verir ki, deputat digər MDB ölkələrinin nümayəndələri ilə birlikdə Astana şəhərində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, qələbə münasibəti ilə təşkil olunmuş təntənəli mərasimlərə qatılacaq, müharibə veteranları ilə görüşəcək.
Nemət