7 Aprel 2015 11:57
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Latviyanın Azərbaycandakı səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar açıqlama yayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan açıqlamada deyilir: “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir.

Səfir Baumanis peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!”

Səxavət


Müəllif: