Kuba Respublikasının səfiri Şərqşünaslıq İnstitutunda olub
Kuba Respublikasının Azərbaycandakı səfiri cənab Omar Medina Kintero aprelin 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir ilk olaraq institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrdən söz açılıb, səfirə Şərqşünaslıq İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Səfir daha sonra Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. Gövhər Baxşəliyeva Omar Medina Kinteronu institut əməkdaşlarına təqdim edib. Səfir ölkəsinin tarixindən və hazırkı durumundan bəhs edib, ölkələrimiz arasında əlaqələrdən danışıb. Kubanın müsəlman əhalisindən də danışan səfir, ölkəsində Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə iki məscidin inşa olunacağını bildirib. Sonda Omar Medina Kintero şərqşünas alimləri maraqlandıran suallara cavab verib.
SEVİL