Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında ATƏT-in Bakı ofisinin rəhbəri Aleksiz Şahtahtinski ilə görüş keçirilib.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, A.Şahtahtinski təmsil etdiyi qurumun fəaliyyəti və ATƏT-in vətəndaş cəmiyyəti üçün nəzərdə tutulmuş proqramları haqqında ətraflı məlumat verib. ATƏT-in yerli ofisinin rəhbəri şura ilə bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını deyib və bir sıra təkliflərini səsləndirib.
Şura sədri, millət vəkili Azay Quliyev dövlətin QHT sektorunun inkişafında beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmdən danışıb. O, regionlarda Resurs və Təlim Mərkəzləri şəbəkəsinin genişləndirilməsi, QHT-lərin instusional inkişafı üçün təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin təşkili, “Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabat”ın yenilənməsi, vətəndaş cəmiyyəti ilə bağlı ingilis dilində nəşrlərin hazırlanması və digər sahələrdə ATƏT-in yerli ofisi ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Şura sədri ATƏT-in Bakı ofisinin təqdim etdiyi təkliflərin maraqla qarşıladığını və müzakirələrin davam etdirilməsinin faydalı olduğunu qeyd edib.
BƏXTİYAR