Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov bu gün Azərbaycana işgüzar səfərə gəlib.
Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında R.Minnixanovu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və digər rəsmi şəxslər qarşılayıblar.