23 Aprel 2015 11:08
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin müşaviri olmuş ADR hərəkatının üzvü Hüseyn Məlik partiyanın sonuncu qurultayının nəticəsindən narazı qalan, amma onun deputatlığa namizədlər siyahısına düşmək istəyən müsavatçıları tənqid edib: "Bəyənmirəm dediyin nədir, bəy dediyin nə? Açığı, mən Müsavatın seçkili qurumlarını legitim saymayan dostların partiyanın deputatlığa namizədi olmalarını qəbul etmirəm. Çünki onlar seçki vaxtı partiya qarşısında xüsusi öhdəlik götürəcəklər. Kampaniya vaxtı necə deyəcəklər ki, Müsavat ölkənin ən demokratik partiyasıdır?"

H.Məlik onu da bildirdi ki, hazırda müxalifətdə bəzi insanlar parlamentə düşməkdən ötrü hər cür yola əl atmağa hazırdır: "Mandat uğurunda keçmişinin üstündən xətt çəkməyə hazır olanlar var. Mən bunu doğru hesab etmirəm. Kimlərsə, özünü yaxşı oğlan kimi göstərmək istəyir. Amma onlar nə qədər səhvə yol verdiklərini anlamırlar. Şəxsən biz ADR olaraq seçkilərə qatılmayacağıq. Bununla bağlı hərəkatın sədri Qubad İbadoğlunun açıqlaması var. Kimsə müstəqil şəxs kimi fərdi qaydada namizədliyini verəcəksə, öz işidir və ona uğurlar arzulayırıq. Amma Müsavatdan narazıların partiyanın siyahısına düşmək istəməsi düzgün deyil".


Ayxan


Müəllif:

Oxşar xəbərlər