Müsavat başqanı Arif Hacılı onu hədəfə götürən opponentlərində Facebook vasitəsi ilə yazılı cavab verib. Teleqraf.com həmin yazını təqdim edir:
- Müsavatın ölkə tarixinin azsalı demokratik, şəffaf seçkilərindən birini təşkil edən qurultayını saxta adlandırır;
- bu qurultayı keçirən, partiyanın bütün rəhbərliyini əhatə edən Təşkilat Komitəsinin konsensus əsasında qəbul etdiyi qərarlarını qanunsuz elan edir, - paritet əsaslarla formalaşmış komissiyanın videokameralar qarşısında, canlı yayımla keçirdiyi şəffaf seçkilərin nəticələrini qəbul etmir;
- qurultayın sədarətini və katibliyini sənədləri saxtalaşdırmaqda suçlayır;
- partiyanın Məclisini, Divanını, MNTK- sını, rayon təşkilatını tanımır;
- aylarla mətbuatda Müsavata qarşı qarayaxma kampaniyası aparır;
- partiya başqanının müavininə qanunsuz hökm çıxarıldığı məqamda, partiyadan çıxmış və qovulmuş adamlarla birlikdə partiya qarşısında tamaşa düzəldir;
- üzvü olduğu partiyanın ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət etməklə hədələyir.
- ...
Bütün bunlardan sonra müsavatçıları "vicdansız", ona qarşı Nizamnamə tələblərini tətbiq edənləri "diktator" adlandırır.
Dedikləri "İnnovativ texnologiya" budurmu?”