Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun “The New Times”a müsahibəsində “biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq” fikri siyasi partiyaların kəskin etirazına səbəb olub.
Bununla bağlı Teleqraf.com-a acıqlama verən BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Rüstəm İbrahimbəyov və adını “Milli Şura” qoyan təşkilatda olan şəxslər milli satqınlardır: “Rüstəm İbrahimbəyov və Milli Şurada olan Əli Kərimli, Cəmil Həsənli Azərbaycan xalqının milli maraqlarını öz şəxsi maraqlarına satmış adamlardılar. Rüstəm İbrahimbəyov utanmadan bu gün mətbuatda deyir ki, "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq". 30 min vətəndaşımızı qətlə yetirən, Azərbaycanın faktiki ərazisinin 20 faizini işğal etmiş, bir milyon vətəndaşını öz evindən didərgin salmış və tarix boyu Azərbaycan dövlətinə və onun xalqına qarşı düşmənçilik edən erməni xalqı neçə düşmən ola bilməz?! 31 mart, Xocalı soyqırımı və digər dəhşətli faicələri bizə yaşadan ermənilər düşmən deyil, bəs nədir?! İndiyə kimi bir erməni görmədik ki, çıxıb desin, türklər bizim düşmənimiz deyil. Görünür, ermənilər Milli Şurada təmsil olunanlar üçün düşmən deyil. 2013-cü ildə Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə “Milli Şura” adı qoyulan bu təşkilatı Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün Rusiya yaratmışdır. Və nəticə etibarı ilə heç nəyə nail ola bilmədilər. Bu gün də onların cəmiyyət arasında nüfuzu, hörməti yoxdur. Cəmil Həsənli bu yaşına kimi 3-4 partiya dəyişib. Ancaq şəxsi maraqlarını güdüb. Əli Kərimli də Azərbaycan siyasətinin üz qarasıdır. Xəyanət etmədiyi adam qalmayıb. Siysətin xəyanət simvoludur. Bu cür adamlar təbii ki, erməniləri düşmən görmürlər. Satqınların milli kimliyi olmur. Rüstəm İbrahimbəyov erməni diasporu və onları müdafiə edən şəxslər üçün yaxşı təbliğat vasitəsi yaratdı. Ermənilər bundan da istifadə edəcəklər. Bütün dünyaya göstərəcəklər ki, baxın, Azərbaycanda müxalifət qurumunun rəhbəri olan İbrahimbəyov erməniləri düşmən kimi görmür”.
BƏXTİYAR