29 İyul 2015 16:16
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bədrəddin Quliyev: “İraq Türkmən Xalq Partiyasının sədri ilə müzakirə aparmışıq”

“İraq Türkmən Xalq Partiyasının sədri Turxan Müftüoğlu ilə müzakirəmiz olub. Əsasən İraqda yaşayan türkmənlərin durumunu müzakirə etdik. Son dövrlər Türkiyənin Suriya və İraq sərhəddin də İŞİD-a qarşı apardığı əməliyyatlar nəticəsində türkmənlərin arzuladığı durum yaranıb. İraq türkmənləri Kərkük ətrafında ordu qüvvələri formalaşır və hərbi əməliyyatlara hazırlaşır. Ən sevindirici durum budur ki, yaradılan hərbi birləşmələr vahid komandanlıq altında olacaq”.

Bunu Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Teleqraf.com saytına açıqlaması zamanı deyib.

O, əlavə edib ki, indiyə qədər Kərkük türkmənləri ilə Türkiyə arasında dini məzhəb məsələsi baxımından fərqlilik mövcud idi: “Lakin indi torpaq və vətən amili önə çıxıb. Türkiyənin dəstəyi ilə türkmən qüvvələri bir araya gəlib. Ordu yaxın günlərdə Kərkük istiqamətində ata-baba torpaqlarını geri qaytarılması üçün əməliyyat aparacaq. Bu bizim İraq Türkmən Xalq Partiyasının sədri Turxan Müftüoğlu ilə apardığımız müzakirə zaman ortaya çıxan məqamlardır. Biz oradakı durumu dəyərləndirdik, İraq türkmənlərinin öz torpaqlarının müdafiəsi istiqamətində ayaq üstə olduqlarının şahidi olduq və onlara uğurlar arzu etdik”.

Bədrəddin Quliyev daha sonra bildirib ki, İraq türkmənləri arasında artıq vahid birlik mövcuddur: “Turxan Müftüoğlu da qeyd etdi ki, indi orada vəziyyət fərqlidir. Əvvəl müəyyən qədər fikir ayrılıqları var idi. İndi Türkiyənin və İŞİD-a qarşı olan beynəlxalq koalisiyanın apardığı əməliyyatlar faktiki olaraq türkmənlərə dəstək olub. Türkmənlər bu günü gözləyirdi. Türkiyənin belə cəsarətli addımlar atması bu bölgədə əmin-amanlığın yaranması, türkmənlərə sahib çıxmaq anlamını verir. İraqın özündə 3 milyondan çox türkmən var. Suriyada isə türkmənlərin sayı bundan da çoxdur. Bunlar neçə müddət idi ki, sahibsiz qalmışdı, mərkəzi hökumətlə kontaktlar itmişdi. Bir tərəfdə İŞİD, bir tərəfdə isə kürd idarəçiliyi mövcud idi. Türkmənlər öz torpaqlarından uzaq düşmüşdü, əllərində silah yox idi. Son dövrlər bu məsələlər başqa ovqata keçir. Ordu qurulur, ciddi iş aparılır. Türkmənlər öz torpaqlarını qorumaqda israrlıdır və onların istədiyi şərait yaranıb”.

Nemət


Müəllif:

Oxşar xəbərlər