Milli Şura qarşıdan gələn parlament seçkilərinə dair qərar verə bilmir. Son sessiya zamanı da, əsasən, ictimai-siyasi məsələlər müzakirə edilib. AXCP sədri Əli Kərimli açıq deyib ki, indiki mərhələdə seçkilərdə iştirak hər hansı bir nəticə verə bilməz.
Qeyd edək ki, Milli Şurada müəyyən şəxslər seçkilərdə iştirak etmək istəyir. Lakin Əli Kərimlinin bu mövqeyi onların istəyinin qarşısına sədd çəkir.
AXCP daxilində də müəyyən şəxslər seçkilərdə iştirak etmək niyyətindədir. Sədr müavini Nurəddin Məmmədli bir müddət əvvəl bəyan etmişdi ki, seçkilərdə iştirakın tərəfdarıdır. O, bələdiyyə seçkilərində də iştirakı vacib hesab edirdi.
Əldə etdiyimiz xəbərə görə, bu mövqe dəyişməsə, seçkilər ərəfəsində həm AXCP-dən, həm də Milli Şuradan istefalar baş verəcək.
Cavidan